AMEA-nın elmi müəssisələrində direktor vəzifəsinə seçkilər keçiriləcək. Akademiyadan SİA-ya verilən məlumata görə, Rəyasət Heyəti Folklor İnstitutu və İqtisadiyyat İnstitutunun elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilərin keçirildiyini elan edib.
AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB