"Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik" mövzusunda seminar FOTO

"Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik" mövzusunda seminar FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə "Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik" mövzusunda seminar keçirilib.

SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə mövzu ilə bağlı SAM-ın direktoru Fərhad Məmmədov, Polşa Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka, Polşa Xarici İşlər Nazirliyi Xarici Siyasət Strategiyası departamentinin direktor müavini Karolina Novak, Macarıstan Xarici İşlər Nazirliyi Planlaşdırma departamentinin direktoru Adam Seztay, Slovakiya Xarici İşlər Nazirliyi Planlaşdırma və təhlil departamentinin direktoru Igor Qreksa, Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Cavid Vəliyev və Mərkəzin elmi işçisi Nurlan Əliyev çıxış ediblər.

Seminarda millət vəkilləri, müxtəlif universitet və elm mərkəzlərinin, Azərbaycanda fəaliyyət göstərən Vişeqrad 4 regional əməkdaşlıq qrupuna daxil olan xarici ölkələrin səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə