Vətəndaşın üzərindən 50 min əvəzinə 500 min Rusiya rublu çıxdı

Vətəndaşın üzərindən 50 min əvəzinə 500 min Rusiya rublu çıxdı

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postundan keçməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. SİA-nın DGK-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə