Lənkəranda əlillər və şəhid ailələri fərdi evlərlə təmin edilib FOTOLAR

Lənkəranda əlillər və şəhid ailələri fərdi evlərlə təmin edilib FOTOLAR

Yanvarın 11-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. SİA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, nazirlik tərəfindən ötən il respublikamızın şəhər və rayonlarında 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu təbəqələrdən olan insanlar üçün respublikamızın bölgələrində yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmiri işləri davam etdirilir.

Tədbirdə yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən razı qaldıqlarını vurğulayaraq Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Mənzillərdən 3-ü Qarabağ müharibəsi əlillərinə, 6-sı isə şəhid ailələrinə təqdim olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə