Böyük Britaniya tədqiqatçıları alkoqollu içkilərin iştahanı artırdığını kəşf ediblər. AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, siçanlar üzərində aparılan təcrübədə spirti içkilərin beyin siqnallarını aktivləşdirdiyi məlum olub. Alimlər bunun neyronal reaksiyasının olduğunu söyləyirlər. Siçanlara üç gün ərzində bol miqdarda alkoqol verilib. AGRP adlanan neyronların aktivliyinin artması nəticəsində siçanların normadan çox qida qəbul etdiyi müşahidə edilib.
Tədqiqatçılar neyronların fəaliyyətini dərmanla bloklayaraq təcrübəni təkrarlayıblar. Lakin siçanlar bu dəfə əvvəlki kimi çox yeməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB