Şanlı Yanvar

XX əsr boyu xalqımızın qarşı aparılan məqsədli siyasətin nəticəsində torpağımıza qarşı məkirli niyyətlərini həyata keçirmişdilər. 1990-cı il 20 Yanvar hadisəsi bu məkirli, düşünülmüş siyasətin növbəti təzahür idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Xalqımızın bu haqsızlığa etirazı, öz hüquqlarını, torpaqlarının azadlıq tələbini qanla susdurmaq istəyirdilər.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi yeddi il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Totalitar sovet rejiminin süqutu məhz milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin ayağa qalxması ilə baş verdi. Əliyalın əhaliyə silah çəkən silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, uşaqlara, qadınlara, tibb işçisinə silah tuşlaması onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bunlar heç biri xalqın iradəsini sındıra bilmədi.

Müstəqillik hər bir xalqın ən böyük neymətidir. Bir xalqın müqəddaratı onun azadlığı ilə müəyyənləşir. Böyük Şair B. Vahabzadənin təbirincə desək, "millət millət olur öz hünərilə". Sovet qoşununa qarşı azadlıq istəyi ilə canlı sədd çəkən xalqımızın 20 yanvar tarixi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il Azərbaycan xalqının keşməkəşli tarix səhifəsində öz siyasi qiymətini almış, xalqımızın azadlıq tarixinin ilk şanlı səhifəsidir.

Bu gün minlərlə insan öz azadlığını və torpaqlarımızın bütövlüyü uğrunda meydanlara toplaşmışdı. Əli yalın xalqa qarşı zor tətbiq edilmiş, amansızcasına, hətda vəhşicəsinə istifadəsi qadağan edilmiş silahdan azyaşlı uşaqlara qarşı belə istifadə edilməsidir.

M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusi-yasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki, Bakıda fövqəladə vəziyyət elan olunmayacağı barədə qəti bəyanat verilmişdir.

Lakin haqlarımızın tapdandığı bir dövrdə sözümüzü dünyaya çatdıracaq, xalqı arxasınca aparan liderə ehtiyac duyulurdu. Xalq o günlərdə böyük bir həqi-qəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Bu terror aktına bütün dünya göz yumsa da, ümummilli lider Heydər Əliyev çətin vəziyyətdə olsa belə xalqın səsinə səs vermiş Kremlə də, qorxmadan mətbuat konfransı keçirmişdir. Azərbaycan öz azadlıq bayrağını qaldırdıqdan sonra belə H. Əliyev dünya ölkələrinə səfər edib bu şanlı tarix barədə onlara məlumat verirdi. Bu gün dünyanın ən möhtəşəm konfrans zalında H. Əliyev layiqli davamçısı siyasi varisi İ. Əliyevdə Azərbaycanın məruz qaldığı saysız-hesabsız terror aktlarını pislədiyini onunla daim mübarizə aparacağını dəfələrlə qeyd edir.

Beşikdəcə boğulmağa cəhd edilən xalqımızın azadlıq səsi, azadlıq iradəsini qıra bilmədi. 20 yanvar xalqın inamını sındıra bilmədi, əksinə qüvvətləndirdi. Həmin qanlı gecənin səhərisi gün xalq öz igid oğul və qızlarını öz çiyinlərində, ən şad günlərimizin bəzəyi olan tər qərənfillər arasında dəfn etdilər. H. Əliyevin uğurlu və uzaq görən siyasəti nəticəsində 20 yanvar öz layiqli qiymətini almışdır. İlham Əliyev bu gündə ən möhtəşəm konfranslarda və iclaslarda bu terror aktı barədə məlumat verir və Azərbaycanın terror aktını pislədiyini bildirib Terrora qarşı bütün tədbirlərdə iştirak edir.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.

Xalq inanır ki, onun azadlığı və demokratiyası daimi olacaq eyni zamanda keşməkeşli olacaqdır. Bu hadisədə yaşlılar, cavanlar hətda uşaqlar belə qorxmadan meydanlara çıxmışdı.

Xalqımızın and yerinə çevrilən, fəxr, qürur yeri olan Şəhidlər xiyabanı H. Əliyev uzaqgörən siyasəti nətiçəsində dünyanın siyasi xadimlərinin ziyarət edir, onların ruhuna ithaf olunan abidənin önündə baş əyir və öz ehtirtamını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə