Murdar və naməlum ətlər hara gedir? ŞƏRH

Murdar və naməlum ətlər hara gedir? ŞƏRH

"Azad İstehlakçılar Birliyi artıq 17 ilə yaxındır ki, insan sağlamlığına ziddi zərər vuran, istifadəyə yararsız olan ətlərin tədqiqatını aparır və bu şəbəkənin ifşa edilməsi ilə bağlı işlər həyata keçir. Yalnız ən effektiv nəticə ötən ilin may–aprel ayında olub. Belə ki Daxili İşlər Nazirliyi bizim qaldırdığımız məsələyə diqqətlə yanaşaraq çoxlu sayda murdar və naməlum ət kəsilişi məsələsini və bununla məşğul olan şəbəkəni ifşa etdi ". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Bu işlərin ardıcıl şəkildə aparılmadığına təssüf lənənn birlik sədri qeyd edib ki, ölkə başçısı da hər zaman bildiri ki, bu kimi məsələlərə ictimai nəzarət olmalıdır: "Bu cür hallar ictimaiyyətin gözxü qarşısında həyata keçirilir. Azad İstehlakçılar Birliyi hazırda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlıət Dəstəyi Şurasının maliyyələşdirdiyi ölkə prezidentinin ictimai nəzarətə dair çağırışlarına dəstək layihəsini həyata keçirir. Biz regionlarda bu məsələnin qarşısının alınması istiqamətində işlər aparırır və bundan sonra da davam etdiriləcək".

E. Hüseynov qeyd edib ki, istifadəyə yarasız ətlərin satışı ilə bağlı problemlərin meydana çıxmasının əsas səbəbi ölkədə qida təhlükəsizliyinə dair qanunun olmamasıdır: "Qanun olmayan yerdə mütləq şəkildə cinayət olur. Odur ki, bu halların qarşısını alınması üçün mütləq şəkildə qanun layihəsi hazılanıb, qəbul edilməlidir. Bu məsələlərdə Kənd təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin dəa fəaliyyəti önəmlidir. Bir sözlə icatimai nəzarət güclənməli, ictimai qınaq olmalı, dövlət qurumları istahlakçı hüquqlarının qorunmasında fəal iş aparmalı və yararsız ət məhsulalrının satışı ilə məşğul olan şəbəkəni ifşa etməlidir".

Çox təəssüf ki bəzən belə ətlər ifşa edildikdə onların hara aparıldığının üstü açılmır. Belə hal varsa, demək ki tələb var. Biz tələb olunan yeri tapmalıyıq. Bizə daxil olan anonim məlumatlarda belə ətlərin şadlıq evlərinə, kolbasa sexlərinə və dönər evlərinə aparıldığı qeyd olunur. Əgər belə hal varsa, bu mütləq şəkildə tapılmalıdır"- deyə, birlik sədri əlavə edib.

Xatırladaq ki, yanvarın 11-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə daxil olan məlumatla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirib. Nəticədə rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə