Deputat: “İslam Həmrəyliyi ili” dünyada sülh yaratmaq missiyasına dövlətimizin töhfəsidir” AÇIQLAMA

Deputat: “İslam Həmrəyliyi ili” dünyada sülh yaratmaq missiyasına dövlətimizin töhfəsidir” AÇIQLAMA

"İslam sülh və əminamanlığı təbliğ edən dindir. Bu dində terror və insana yaraşmayan əməllər qadağan olunub. Amma, terror, təxribatla İslamın dininin imicinə xələl gətirməyə çalışırlar. Ona görə İslam həmrəyliyi çox vacib amildir. Dövlət başçısı İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməsi ölkəmizdə bu istiqamətdə aparılan uğurlu işlərin parlaq nümunəsidir". Bunu SİA-ya açıqlamasında milllət vəkili Azər Badamov deyib.

Deputat qeyd edib ki, dünyada baş verən böhranlar, müharibələrə baxmayaraq sürətlə inkişaf edən Azərbaycanda tolerantlıq və multikultural dəyərlər yüksək səviyyədədir: "2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması, bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının dəyərlərini Azərbaycanda cəmləşdirəcək. Ölkəmizdə nəinki müsəlmanlar, dünyanın müxtəlif din və mədəniyyət sahibləri üçün yüksək şərait yaradılıb. Azərbaycanda bütün dünyaya örnək olacaq multikultural mühit, toleranlıq mövcuddur. Dövlət başçımızın apardığı xarici siyasətin təməlində dünyada sülh və əminamanlığın yaradılması dayanır. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması dünyada sülh yaratmaq missiyasına dövlətimizin töhfəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə