Deputat: ""Səs" qəzeti həmişə Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına xidmət edən mövqe tutub" AÇIQLAMA
"Azərbaycan milli mətbuatının inkişafında özünəməxsus rolu və yeri olan, ölkəmizin ən nüfuzlu mətbuat orqanlarından biri "Səs" qəzetinin fəaliyyətə başlamasının 26-cı ili tamam olur. "Səs" qəzeti hər zaman öz xüsusi mövqeyi, işi və dəst-xəttilə fərqlənmiş media orqanlarından biridir. Bu qəzet Azərbaycan müstəqil dövlətçilik tarixinin ən ağır, ən gərgin dövründə fəaliyyətə başlasa da ölkəmizdə baş verən mürəkkəb kataklizmlər dövründə həmişə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu Öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən mövqe tutub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
O qeyd edib ki, "Səs" qəzeti Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın ortaya qoyulmasında xüsusi xidməti olan mətbuat orqanıdır: "Səs" qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək etibarlı xəbər mənbəyi olmağı bacarıb. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, dövlətçiliyimizin qorunmasında tutduğu düzgün mövqeyi və tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin daha çox maraq toplamasına səbəb olub. Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətçiliyinin banisi və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyev də həmişə "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. İnanıram ki, qarşıdakı dövrlərdə də "Səs" qəzeti ona göstərilən etimadı layiqincə doğruldacaq, bu şərəfli fəaliyyətini uğurla davam etdirəcək".
Millət vəkili "Səs" qəzetinin fəaliyyətə başlamasının ildönümü münasibətilə Baş redaktor Bəhruz Quliyevi və media oqranının kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB