Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda bu qurum ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasına əməkdaşlığa dair memorandum imzalanıb.
SİA-nın verdiyi xəbərə görə, sənədi Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və mərkəzin direktoru Asif Usubəliyev imzalayıblar.
Memorandumun imzalanmasının əsas məqsədi respublikamızda fəaliyyət göstərən müxtəlif sahələrin əməkdaşları üçün mühazirə və təlimlər, prioritet istiqamətlərdə maarifləndirici tədbirlər təşkil etməklə vətəndaşlarımızın bilik və bacarıqlarını artırmaqdır. Həmçinin onların daha kreativ bilikləri mənimsəmələrinə nail olmaq, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliği, milli mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində elmi-metodik araşdırmalara dəstək verməkdir.
Tədbirdə O.Səmədov Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB