Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə silah-sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Sabunçu RPİ 42-ci PB və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə "AKMS" markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB