Millət vəkili: “Ümummilli Lider Heydər Əliyev “Səs” qəzetinə böyük qiymət verirdi” AÇIQLAMA
"Səs" qəzeti Azərbaycanın müstəqilliyinə birbaşa bağlı mətbuat orqanıdır. Bu qəzetin Azərbaycan dövlətçiliyinin qurulması, formalaşdırılması, mökəmlənməsi, milli şüurun inkişafında çox böyük xidməti və nailiyyətləri var". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.
O qeyd edib ki, "Səs" qəzeti həmişə dövlətçilik, milli mövqedə dayanıb, haqqın, həqiqətin yanında olub: "Səs" qəzetində Azərbaycan ziyalılarının Ümummilli Lider Heydər Əliyevə müraciəti və Ulu Öndərin onlara cavabı dərc olunub. Bu qəzetdə ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasının platforması və Nizamnaməsi yayımlanıb. Ümummilli Lider Heydər Əliyev "Səs" qəzetinə böyük qiymət verirdi. Qəzetə uzun illər bundan sonra da bu xətti uğurla davam etdirməyi arzulayıram".
Millət vəkili "Səs" qəzetinin yaradılmasının 26-cı ildönümü münasibətilə uzun illər sözügedən media orqanının rəhbəri olmuş Ağabəy Əsgərov və hazırkı baş redaktor Bəhruz Quliyev başda olmaqla bütün kollektivi təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB