Sabah 2 rayonun qazı kəsiləcək

Yanvarın 11-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin ''Yaşma'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə