Aksizli malların siyahısına xəz-dəri məmulatları da daxil edilib
Vergi Məcəlləsinin 190.1-ci maddəsinə edilmiş son dəyişikliyə əsasən, aksizli malların siyahısına idxal olunan xəz-dəri məmulatları da daxil edilib.
Bu barədə SİA-ya Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Vergi Məcəlləsinə əlavə edilmiş 190.4.5-ci maddəyə əsasən idxal olunan xəz-dəri məmulatlarının topdansatış
bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi aksiz dərəcəsi müəyyən edilib.
Qeyd edək ki, aksiz - aksizli malların satış qiymətinə daxil edilən vergidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB