Aydın Quliyev: “2016-cı il Azərbaycan üçün əlamətdar il olub” AÇIQLAMA
Baş redaktorun sözlərinə görə, ötən il istər siyasətdə, istər dövlət həyatında, istər mədəniyyətdə, istər mətbuatda, istərsə də idman sahəsində uğurlar əldə edilib: "Lakin hesab edirəm ki, dövlətimiz, eləcə də media üçün 2016-cı ildə əldə edilən ən böyük uğur, dünyada baş verənlərin fonunda ölkəmizdə sabitlik və təhlükəsizliyin hökm sürməsi olub. Başqa ölkələrdə baş verənləri nəzərimizdən keçirsək, o zaman ötən ilin nə qədər önəmli il kimi tarixdə qaldığının fərqinə varmalıyıq. Əgər bir ölkə ili belə bir şəraitdə sabitlik şəklində başa vura bilibsə, demək ki burada medianın da rolu var. Ötən il media öz inkişafını davam etdirib, 2016-cı ildə baş verənlərin fonunda ölkədə sabitliyin qorunub saxlanmasında, dövlət orqanları ilə bərabər fəaliyyət göstərib".
A. Quliyev əlavə edib ki, 2016-cı ili Azərbaycan KİV-i üçün sabit il kimi dəyərləndirmək mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB