Yanvarın 14-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aprel döyüşləri zamanı "Mi-24" helikopterinin vurulması nəticəsində şəhid olan pilotlarımız - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunmuş "Aprel xatirələri" adlı tədbir keçiriləcək.
Tədbir Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-a şəhid Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə məlumat verib.
O bildirib ki, vətənpərvərlik mövzusuna həsr edilən tədbirdə çıxışçılar üç şəhidin keçdiyi həyat və döyüş yolundan danışacaq, onlarla bağlı xatirələrini bölüşəcəklər. Həmçinin, mərkəzin üzvi olan uşaqlar tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səslənəcək, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Tədbir çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş "Şahinlər" adlı sənədli filmin də təqdimatı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB