Qazax rayon sakini Samir Zülfüqarov silah satarkən tutulub. Qazax rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Samir Zülfüqarov "AK" markalı silahı, patron darağı və patronu 1000 manata satmağı düşünürmüş.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB