Daxili İşlər Nazirliyi qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda "Dəmirçi Plaza"da törədilən qətllə bağlı məlumat yayıb.

SİA-nın DİN-nin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə, sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə