Sabaha olan hava şəraiti açıqlanıb

Sabaha olan hava şəraiti açıqlanıb

Sabaha olan hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə hava dumanlı, səhər çiskinli olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında isə sabah hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə