Türkiyədə fövqəladə vəziyyət çərçivəsində qəbul edilən sərəncamla 8399 məmur işdən azad edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sərəncam "Resmi Gazete"də dərc edilərək qüvvəyə minib.
İşdən qovulanlar 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinirlər. İşdən azad edilənlərin 2687-si polis zabiti, 1699-u Türkiyənin Ədliyyə Nazirliyi, 310-u Maliyyə Nazirliyi, 13-ü Təhsil Nazirliyi, 13-ü Əmək və Sosial Müdafiə Nazirliyi, 16-sı Texnologiya Nazirliyi, 838-i Səhiyyə Nazirliyinin əməkdaşı, 649-u elm adamı, 135-i Dini İşlər İdarəsi, yeddisi Dövlət Şurasında məsul şəxsdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB