Gömrükdə külli miqdarda Rusiya rublu aşkar olunub

Gömrükdə külli miqdarda Rusiya rublu aşkar olunub

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlama nəticəsində onların hər birinin üzərindən əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə