Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - bir ədəd bükümdə, xalis çəkisi 9,850 qram təşkil edən heroin və bir ədəd bükümdə, xalis çəkisi 0,5 qram təşkil edən tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB