Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) məqsədli "Elm-Təhsil İnteqrasiyası" müsabiqəsi çərçivəsində ilk məsləhət seminarını keçirib. SİA-nın verdiyi xəbərə görə, seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilib.
Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.
Fondun icraçı direktoru Elçin Babayev və xanım Ədilə Babayeva seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB