"ASAN Viza" portalı yanvarın 10-dan tam şəkildə fəaliyyətdə olacaq". Bu barədə SİA-ya "ASAN Xidmət"in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.
Onun sözlərinə görə, indiyədək portal test rejimində fəaliyyət göstərməsinə baxmayaraq, əcnəbilər "ASAN Viza"dan istifadə edərək elektron viza əldə edə biliblər: "Bildiyiniz kimi portal 2016-cı ilin dekabrın 16-dan test rejimində fəaliyyətə başlayıb.Amma buna baxmayarq bu günə qədər həmin portaldan 250-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edə bilib. Təbii ki, portal tam istifadəyə verildikdən sonra ondan daha geniş şəkildə istifadə etmək mümkün olacaq".
Məlumat üçün nəzərinizə çatdıraq ki, ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB