Yaşayış evində yanğın olub

Füzuli rayonunda yaşayış evində yanğın olub.

SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Dilağarda kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə