Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdiriləcək

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdiriləcək

Sərnişin daşımanı optimallaşdırmaq məqsədi ilə 7 yanvar 2017-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir. Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 08:00, 08:30, 08:55, 16:00, 17:30, 18:05, 18:30, 18:45, 19:10, 19:40 və 20:30-da, Sumqayıt-sərnişin stansiyasından 07:10, 07:30, 07.45, 08:00, 08:50, 09:17, 09:50, 16:55, 18:18, 18:50 və 19:30 -da yola düşəcək. SİA-nın "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığı məlumata görə, bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

BAKI-SUMQAYIT-BAKI ELEKTRİK QATARLARININ HƏRƏKƏT

CƏDVƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə