Azərbaycan Respublikasından İran İslam Respublikasına spirtli içkilərin qaçaqmalçılıq yolu ilə aparılması cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda Azərbaycandan İrana gedən İran İslam Respublikasının vətəndaşı Əbdüli Mahmud Bahar Əlinin idarə etdiyi "Scania" markalı sərnişin avtobusu saxlanılıb və nəqliyyat vasitəsi əsaslı şəkildə yoxlanılıb.
Yoxlama zamanı avtobusun arxa təkərinin üstündə yük üçün nəzərdə tutulmuş yerdən, həmin yerin metal döşəməsinin altındakı boşluqdan, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmış 110 ədəd müxtəlif adda birlitrlik araqlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB