“UNEC Ekspert” jurnalının növbəti nömrəsi təqdim olunub

“UNEC Ekspert” jurnalının növbəti nömrəsi təqdim olunub

"UNEC Ekspert" jurnalının növbəti nömrəsi təqdim olunub. SİA-nın məlumatına görə, müasir dizayn və tərtibatda nəşr edilən dərgidə yerli biznes, iqtisadiyyat və maliyyə sektorlarına dair təcrübəli ekspertlərin fikirləri yer alıb.

Jurnalın dekabr buraxılışında "İdman turizminin davamlı iqtisadi inkişafda rolu", "Azərbaycanın kimya sənayesinin ixrac potensialı", "Texnologiya tutumlu kənd təsərrüfatına doğru", "Vergi məcəlləsinə dair təkliflər" mövzularında araşdırma-təhlil məqalələri dərc olunub.

Jurnalın baş redaktoru Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, məsul katibi Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Anar Rzayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə