Naxçıvan Muxtar Respublikasında ali bitkilərdən fərqli olaraq, yosunların, xüsusilə də şirinsu yosunlarının florası və taksonomik sturukturuna son illərə qədər demək olar ki, ciddi diqqət yetirilməyib. Lakin bu gün yosunların növ zənginliyinin analizi, su ekosisteminin inkişaf istiqaməti və su obyektlərinin ekoloji vəziyyətlərinin qiymətləndirilməsində müxtəlif ekoloji qrup yosunların inkişaf xüsusiyyətlərinin tədqiq olunması vacib məsələlərdən biridir. Belə ki, göy-yaşıl yosunların növ tərkibi, yayılması, onun intensivliyinin öyrənilməsinin əsasında sututarların çirklənmə dərəcəsinin təyini, ən əsası mühitin qorunması üçün qarşılayıcı tədbirlərin görülməsində mühüm əhəmiyyəti vardır.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun "Bitki sistematikası" şöbəsinin elmi işçisi Seyfəli Qəhrəmanovun müxtəlif tip sututarlarda göy-yaşıl və yaşıl yosunlarının növ müxtəlifliyindən, yayılmasından, çoxalmasından, ekoloji-coğrafi xarakteristikasından, onların biomorfologiyası və bioekologiyasından bəhs edən "Naxçıvan Muxtar Respublikasının sututarlarının və çaylarının göy-yaşıl yosunları" adlı monoqrafiyası bu günlərdə işıq üzü görüb. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, monoqrafiyada Naxçıvan Muxtar Respublikasının sututarlarında yayılan göy-yaşıl yosunların növ müxtəliflikləri araşdırılıb, sututarların tipindən, eyni zamanda mövsümlərdən asılı olaraq yayılması tədqiq edilib, ekokoji-coğrafi, fiziki-coğrafi şəraiti göstərilib, növ tərkibi və sistematik strukturu təhlil olunub, yosun taksonlarının sistematikası hazırlanıb, sututarların tipindən və hündürlük qurşaqlarına görə yayılma qanunauyğunluqları, inkişaf dinamikası aparılan tədqiqatlarda elmi əsaslarla öyrənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB