İsmayıllıda müxtəlif sahələr üzrə ötən ilin ən fəal şəxsləri mükafatlandırılıb.
Rayon icra hakimiyyətindən SİA-ya verilən məlumata görə, son illər ənənəyə çevrilən bu qiymətləndirmə insanların ictimai fəallığının və peşə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.
Bu məqsədlə yaradılan xüsusi komissiyanın qərarına əsasən, ən fəal ağsaqqal rayon veteranlar şurasının sədri Əlaləm Babayev, idmançı poverliftinq üzrə dünya və Avropa çempionu olan Kamil Qafarov, fəal gənc Humanitar və Texnologiya Kollecinin məzunu İslam Mikayıllı, müəllim Surə Mehdiyeva, bələdiyyə sədri Zöhrə Şalbuzova, şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi, Respublika Olimpiadasının qızıl medalçısı Vaqif Talıblı və digərləri olub.
Fəallara təntənəli şəraitdə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri verilib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB