2016-cı ildə 397 çoxmərtəbəli bina qazlaşdırılıb

2016-cı ildə 397 çoxmərtəbəli bina qazlaşdırılıb

Ötən il Azərbaycanda 397 çoxmərtəbəli binaya təbii qaz verilib. Bu barədə SİA-ya SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlum verilib.

İB 2016-cı ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 39 çoxmərtəbəli binaya təbii qazın açılmasını təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 3223 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində 397 hündürmərtəbəli binanın qazının açılması təmin olunub ki, bu isə ümumilikdə 15 580 mənzili əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə