“Qarabağ incisi” videoçarx qalib olub

“Qarabağ incisi” videoçarx qalib olub

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbəsi Ruslan Hacıyevin "Qarabağ incisi" videoçarx layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun səkkizinci qrant müsabiqəsinin qalibi olub və bu təşəbbüs uğurla həyata keçirilib.

BANM-dən SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin Qarabağ mədəniyyətini öyrənməsi və bu istiqamətdə videoçarxlar hazırlamaqla daha çox gəncin maariflənməsinə şərait yaradılması olub. Layihə çərçivəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr peşəkar təlimçilərin dəstəyi ilə Qarabağın mədəniyyətini, adət-ənənələrini, tarixi abidələrini öyrəniblər. Layihə iştirakçılarından ibarət komandalara Qarabağın mədəniyyətini əks etdirən videoçarx hazırlamaları üçün bir həftə vaxt verilib.

Sonda bu videoçarxlar izlənilib və qiymətləndirilib, qalib komandanın üzvlərinə hədiyyə və diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə