Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. SİA-nın məlumatına görə, bu barədə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, iş planına əsasən, peykin fəzaya buraxılışı bu ilin dekabrında nəzərdə tutulub. İkinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.
Xatırladaq ki, "Azerspace 1" 2013-cü ilin fevralında orbitə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB