İstanbulun Reina əyləncə mərkəzini qana bulayan və Uyğur türkü olduğu iddia edilən terrorçunun 2 ay əvvəl ailəsi ilə birlikdə Konyaya gəldiyi haqda məlumat verilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun Ortaköy bölgəsində əyləncə mərkəzində 39 nəfərin öldürülməsi və 69-nun isə yaralanması ilə nəticələnən qanlı hücumu təşkil edən terrorçunun şəxsiyyəti müəyyən olunub. Uyğur Türkü olduğu iddia edilən terrorçu noyabr ayında Konyaya gəlib və diqqət çəkməmək üçün həyat yoldaşı və 2 uşağını da yanında gətirib.
Terrorçunu hər yerdə axtaran İstanbul polisi maraqlı məlumatlar əldə edib. Polisə ifadə verən əyləncə mərkəzinin barmeni deyib ki, terrorçu avtomatın darağlnl xüsusi təyinatlı əsgərlərə xas dəyişdirirmiş: "Terrorçu avtomatın darağında güllə bitdikdən sonra dəyişdirən zaman bir şey atır və ortalığı işıqlandırırdı. Ən azı 3 dəfə bundan atdı".
Barmenin ifadəsinə görə, terrorçunun darağı dəyişdirmə zamanı istifadə etdiyi bu hərbi üsulun hədəfi kütləni çaşdırmaq, kəskin işıqlığın arxasında qalaraq hədəfi daha yaxşı görməyi təmin etmək məqsədiylə istifadə edildiyi müəyyən olunub. Bu hərbi üsulun xüsusi təyinatlı birliklərin əməliyyatları zamanı istifadə edildiyi məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB