"Azerspace 2"-nin buraxılış vaxtı açıqlanıb

"Azerspace 2"-nin buraxılış vaxtı açıqlanıb

Azərbaycanın ikinci telekommunikasiya peyki "Azerspace 2"-nin yığılması prosesi 2017-ci ilin sonunda başa çatacaq. SİA-nın məlumatına görə, bu barədə "Azərkosmos" ASC-dən məlumat verilib. İş planına əsasən, peykin buraxılışı 2017-ci ilin dekabrında nəzərdə tutulub.

İkinci geostasionar peyk "Azerspace 1"-in əhatə radiusunu genişləndirməyə imkan verəcək. Əhatə olunan bölgələrdə isə siqnal qəbulu daha da güclənəcək.

Qeyd edək ki, "Azerspace 1" 2013-cü ilin fevral ayında orbitə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə