İstanbul terrorçusunun yeni fotosu aşkarlanıb

İstanbul terrorçusunun yeni fotosu aşkarlanıb

Yanvarın 1-i gecəsi İstanbulun Ortaköy rayonunda gecə klubuna hücum edən terrorçunun daha bir fotosu ortaya çıxıb. Anadolu informasiya agentliyi xəbər verir ki, istintaq çərçivəsində aparılan təhqiqat zamanı terrorçunun daha aydın göründüyü bir fotoşəkli əldə olunub. Təhlükəsizlik kamerasından əldə edilmiş yeni fotoda terrorçunun üz cizgiləri nisbətən dəqiq seçilir. Polis cinayətkarın yaxalanması üçün əməliyyatları davam etdirir.

Agentliyin bir qədər əvvəl yaydığı məlumata görə, İstanbulda 39 nəfərin ölümü ilə nəticələnmiş terror aktında şübhəli bilinən 8 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə