Türkiyənin İstanbul şəhərində terrorun baş verdiyi gecə kulubuna əylənməyə gəlmiş bir qadın dəhşətli anlardan danışıb. Terror nəticəsində yaralanan ərini xəstəxananın qarşısında gözləyən hadisə şahidi Sinem Uyanık başına gələnləri belə nəql edib: "İnsanlar birdən üstümdən keçməyə başladılar. Adamları üstümdən siyırıb yerdən ayağa qalxdım. Polisə zəng etdim. Telefona cavab verən polis dedi ki, yerinizdən tərpənməyin, yoxsa öldürülə bilərsiniz. Hər yeri barıt iyi götürmüşdü. Mənim qorxudan ürəyim gedib, ayılanda isə 3 güllə yarası alan ərim qan içində yerdə yatırdı. Yerdə çoxlu yaralı var idi. Təcili yardım maşınları ilə xəstəxanaya gəldik".
Qeyd edək ki, İstanbulda Şaxta baba geyimi ilə gecə klubuna girən 3 terrorçu ətrafdakılara atəş açıb. Nəticədə 35 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB