FHN-in əməkdaşları dənizdə batmaqda olan iki balıqçını xilas ediblər
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Abşeron rayonunun Goradil qəsəbəsi sahilindən 14 kilometr dənizə doğru ərazidə qayığın mühərrikinin sıradan çıxması və qayığa su dolması nəticəsində iki balıqçının küləkli hava şəraitində köməksiz vəziyyətdə (batma təhlükəsi) qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumatda deyilir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri cəlb edilib. Aviasiya dəstəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin birgə əməliyyatı nəticəsində mürəkkəb hava şəraitində balıqçılar xilas ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB