Türkiyədə 5 PKK üzvü həbs olunub

Türkiyədə 5 PKK üzvü həbs olunub

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə ərazisində PKK terror təşkilatının yuxarı eşalonunda təmsil olunan beş terrorçu yaxalanıb.

Bildirilir ki, ələ keçirilən terrorçuların PKK və onun törəmə təşkilatlarının fəaliyyətini idarə etməsinə dair çoxsaylı dəlillər var. Onlara qarşı terrorçu təşkilat yaratmaq, terror aktları təşkil etmək, qanunsuz silah əldə etmək, saxlamaq və paylamaq kimi ittihamlar irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə