Aktauda Dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı tədbir keçirilib
Məlumat üçün bildiririk ki, 29 dekabr 2016-cı il tarixində Baş konsulluq tərəfindən 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri, Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin rəhbərliyi iştirak ediblər.
Tədbirik açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 – dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə müraciəti oxunulub.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən elan edilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan çox saylı azərbaycanlıları birləşdirən – "31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü" haqqında məlumat verib. O, müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından söhbət açıb.
Daha sonra azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin ağsaqqallar şurasının sədri professor Yusif Quliyev və Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən "Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi"nin sədri Zakir Əkbərov çıxış edərək 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününün əhəmiyyəti, müasir dövrdə Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü şəraitində azərbaycanlıların daha sıx birləşməsinin vacibliyindən danışıblar.
Çıxışlardan sonra azərbaycanlı tələbər və Bazar günü məktəbinin şagirdləri tərəfindən Azərbaycana həsr olunmuş şeirlər səslənib, rəqslər ifa olunub, Şaxta baba və qar qızının iştirakı ilə yeni il şənliyi keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB