Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi RPİ 22-ci PB-yə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl əşyalarını oğurlamasını bildirilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB