Avtobuslar normal iş qrafikindən artıq xidmət göstərəcəklər

Avtobuslar normal iş qrafikindən artıq xidmət göstərəcəklər

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtobuslar normal iş qrafikindən artıq xidmət göstərəcəklər.

Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirilib ki, avtobuslar növbə ilə çalışaraq, normal iş müddətindən artıq sərnişinləri daşıyacaqlar. Bununla bağlı daşıyıcı şirkətlərə Bakı Nəqliyyat Agentliyi tərəfindən məktublar göndərilib. Əsasən tədbirlərin keçirildiyi, konsert proqramlarının olduğu ərazilərdə daha çox xidmət göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə