Milli Məclisin iclasında "Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında" qanuna əlavə və dəyişiklik müzakirə olunub. SİA-nın xəbərinə dəyişikliklərə əsasən "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)" yubiley medalı təsis edilir. Medalla miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif olunacaq.
Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB