Əhalinin radiasiya təhlükəsizliyi fərqli formada aparılacaq. SİA-nın xəbərinə görə, bu Milli Məclisin payız sessiyasının son iclasında müzakirəyə çıxarılan "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" qanunda öz əksini tapıb. layihə haqqında məlumat verən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, dəyişikliyin məqsədi qanunun "Lisenziyalar haqqında" qanuna uyğunlaşdırılması üçündür.
Onun sözlərinə görə, qanunun əvvəlki versiyasında, radioaktiv və ionlaşdırıcı tullantıların basdırılması ilə bağlı fəaliyyəti dövlət inhisarında olmaqla müvafiq icra hakimiyyətləri müəyyən edirdi. Amma yeni dəyişikliyə əsasən, tullantılar və tullantıların basdırılmasını artıq müvafiq icra hakimiyyəti orqanları tərəfindən lisenziyalaşdırılmış şəkildə mütəşəkkil qaydada aparılacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB