"Heydər Əliyev siyasi irsinin öyrənilməsi”

"Heydər Əliyev siyasi irsinin öyrənilməsi”

26.12.2016-cı il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Baş Ofisində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş Cəbrail Fərzəliyev "Heydər Əliyev siyasi irsinin öyrənilməsi" adlı layihənin bağlanış mərasimini keçirib.

SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə layihə rəhbəri Cəbrail Fərzəliyev özü açıb. O layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi Heydər Əliyev irsini gənclərə aşılamaqdan ibarətdir. Bundan əlavə o həmçinin qeyd edib ki, Heydər Əliyev demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində misilsiz xidmətlər göstərib.Heydər Əliyevin gənclər siyasətinə toxunan Cəbrail Fərzəliyev qeyd edib ki, Ulu öndərin hakimiyyətə qayıdışı ilə gənc nəslin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. O, bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Heydər Əliyev siyasi irsinin öyrənilməsi" adlı layihənin aktual olduğunu qeyd edib. Sonra politoloq Mirsamir Məmmədov çıxış edərək Heydər Əliyevin keçdiyi şərəfli yola qısaca nəzər salıb.

Tədbirin sonunda layihədə iştirak edən gənclər sertifikatla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə