AMEA Naxçıvan Bölməsi bayram tədbiri keçirib

AMEA Naxçıvan Bölməsi bayram tədbiri keçirib

AMEA Naxçıvan Bölməsində 31-dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə tədbir keçirilib. Bölmənin informasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, tədbiri qurumun sədri akademik İsmayıl Hacıyev açaraq azərbaycanlıların birlik və həmrəylik bayramının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmasından bəhs edərək, xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi, onların Vətənlə əlaqələrinin gücləndirilməsində və Azərbaycan diasporunun formalaşması istiqamətində Ulu öndərin misilsiz xidmətlərindən danışdı.

Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov "Dünya Azərbaycanlılarının həmrəyliyi milli birliyin möhkəmləndirilməsi yolunda mühüm amildir" mövzusunda məruzə etdi.

Daha sonra AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Taryel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev mövzu ətrafında çıxış etdi.

Tədbirin sonunda akademik İsmayıl Hacıyev bayram münasibəti ilə kollektivi təbrik etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə