Yeni il hədiyyələrində nəyə diqqət edək? AÇIQLAMA

Yeni il hədiyyələrində nəyə diqqət edək? AÇIQLAMA

Yeni ilin gəlməsinə sayılı günlər qaldı. Bu bayramda böyüklərdən çox sevinən uşaqlardır. Bəzədilmiş şam ağacı, şaxta baba, qar qızla yanaşı bayram hədiyyələri uşaqları sevindirən əsas amillərdir. Bəzən bütün mağaza və marketlərin əsas bəzəyinə çevrilən, eləcə də müxtəlif yeni il şənliklərində uşaqlara təqdim edilən bayram hədiyyələri valideynlər üçün böyük narahatlıq yaradır. Bəs o zaman bayram hədiyyələri alarkən nəyə diqqət etməliyik?

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hər il Yeni il şənlikləri başlayan zaman birliyə hədiyyə bağlamaları ilə əlaqədar şikayətlər gəlir.

İldən-ilə təhlükəli yeni il hədiyyələrinin azaldığını deyən birlik sədri qeyd edib ki, bu illər biznes qurumlar üçün yaradılan toxunulmazlıq şəraiti bəzilərinin bundan istifadəsinə imkan yaradıb: "Çox təəssüf ki, bəzi biznes sahibləri vaxtı keçmiş məhsulları hədiyyə qutularına daxil edirək onları uşaqlara təqdim edirlər. Belə qidaların uşaqlar tərəfindən istahlak edilməsi isə uşaqların kütləvi şəkildə zəhərlənməsinə gətirib çıxara bilir. Bu baxımdan valideynlər hədiyyə qutuları aldıqda mütləq şəkildə onun içərisindəki məhsulların tarixinə diqqətlə baxmalıdır. Əgər hədiyyə qutusunun daxilində ədəd mallar varsa, onun üzərində buraxılma tarixi olmadığı üçün onları uşaqlara verməsinlər. Misal üçün konfetlərin üzərində buraxılma tarixi olmur. Peçeni, vafli kimi məhsulların isə yalnız buraxılma tarixinə baxdıqdan sonra uşaqlara verə bilərlər. Əgər hədiyyə qutusunun içərisindəki məhsulların buraxılma tarixi yoxdursa o zaman qutuların üzərindəki tarixə əhəmiyyət vermək lazım deyil. Həmin tarix aldadıcıdır.

E. Hüseynov qeyd edib ki, istahlakçıların aldıqları istənilən məhsulu 14 gün müddətində dəyişdirmək və ya geri qaytarmaq hüququ var.

Bütün xəbərlər Facebook səhifəmizdə