2016-ci il uşaq siyasətinin həyata keçirilməsində əlamətdar olub YEKUN
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkə başçısının sərəncamları ilə təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə baxiş İnkişaf Konsepsiyası" və "2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri"ndən irəli gələrək ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır". Bu barədə SİA-ya komitənin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, "Azərbaycan Ailəsi Strategiyası"nın hazırlanması artıq yekunlaşmaq üzrədir: "Uşaq Strategiyası" rəy üçün Nazirlər Kabinetinə təqdim olunub: "Uşaq Məcəlləsi" ilə bağlı ilkin hazırlıq prosesi aparılır. Bundan başqa komitə tərəfindən "Məişət zorakılığı üzrə" məlumat bankı yaradılıb. Məlumatlar toplanaraq təhlil olunur və problemlər araşdırılır. Aidiyyəti dövlət qurumları ilə birgə "Məişət zorakılığının qarşısının alınması ilə bağlı" 2016-2018-ci illər üçün tədbirlər planı təsdiq olunub, işçi qrupunun yaradılması və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilk iclas keçirilib. Müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılması məqsədi ilə Komitə BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" adlı layihəyə start verilib".
"Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən komitə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına və təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib. Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Bu sahədə il ərzində müxtəlif təlimlər, treninqlər keçirilib. Uşaq Forumlararası Əlaqələndirmə Şurası üçün yola saldığımız il çox əlamətdar olub. Növbəti il IV Uşaq Forumu keçiriləcək"- deyə, qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB