50 mindən artıq uşaq zərər çəkib

50 mindən artıq uşaq zərər çəkib

İraqda, ilk növbədə, Mosulda münaqişə nəticəsində 50 mindən artıq uşaq zərər çəkib. Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) İraqdakı nümayəndəsinin müavini Həmid Lasseko bildirib.

SİA-nın BMT-nin saytına istinadən məlumatına görə, Həmid Lasseko bir çox uşaqların zəruri humanitar yardım almadıqlarını və təhsil ala bilmədiklərini deyib. Bildirib ki, bundan başqa, onlar peyvənd almırlar və dəhşətli vəhşiliklərin şahidi olurlar.

"UNICEF öz tərəfdaşları, digər qeyri-kommersiya təşkilatları, İraq hökuməti ilə artıq fəal əməkdaşlıq edir. Biz bütün uşaqlara su, gigiyenik ləvazimatlar, qida məhsulları verməyə, tibbi yardım göstərməyə və onların maksimum qorunmasını təmin etməyə çalışırıq. Eyni zamanda, onlara lazımi psixoloji dəstək veririk", - deyə Həmid Lasseko əlavə edib.

O vurğulayıb ki, qış mövsümü ilə əlaqədar İraqda uşaqların vəziyyəti pisləşib. Onun sözlərinə görə, UNISEF uşaqları soyuqdan qorumaq üçün əlindən gələni etməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə