Həmrəylik Günü BDU-da

Dekabrın 29-da Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs edib. Bu tarixin qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən A.Məhərrəmov bayramlar münasibətilə bütün xalqımızı, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə